19:00

BAZAR

Dünyanın ən kiçik və ən zərif quşu

Onlar ən azı 20 dərəcəyə qədər tempratura dözmək qabiliyyətinə malikdirlər

 

Kolibri quşu başqa adla "milçək quşu" da adlanır. Havada qanadlarını sürətlə çırparaq asılı qala bilir. Kolibri dünyada yeganə quşdur ki, geriyə uça bilir. Növündən aslı olaraq saniyədə 15-80 dəfə qanad çala bilir. Əsasən çiçək nektarları ilə qidalanırlar. Bu quş növünün ən kiçiyi 1,8 qramdır və o, dünyanın ən kiçik quşudur. Havada asılaraq qalan kolibri quşlarını yalnız çox sürətli videokameralar çəkə bilir. Bu quşlar gün ərzində ərzində çox qida qəbul edirlər. Zəif quş növü olan kolibrilər hətta bir neçə saatda aclıqdan ölə bilərlər. Lakin qida az olduğunda və gecə vaxtları maddələr mübadiləsini azaldırlar. Bu quşların əsas xüsusiyyətlərindən biri də qış yuxusuna getmələridir. Kolibrilər əsasən Amerika qitəsində yayılmışdır. ABŞ və Kanadada yaşayan kolibri quşları qış vaxtları daha isti yerlərə köç edir, bəziləri isə isti sahil bölgələrində qalırlar.

Xəbər lenti


Regionaltv sosial şəbəkələrdə


Partnyorlarımız: